AMB-da yeni pul nişanlarının və əskinazın təqdimat mərasimi keçirildi

10:02 - 24.05.2018


24 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankda (AMB) ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının təqdimat mərasimi keçirildi.

AMB-in məlumatında deyilir ki, yubiley pul nişanlarını AMB-in sədri Elman Rüstəmov təqdim etdi.

Heydər Əliyevin 95 illiyi münasibətilə hazırlanmış yubiley pul nişanı çəkisi 1 troy unsiyası çəkisində yüksək əyarlı qızıldan ibarətdir, nominalı isə 100 manat təşkil edir.

AXC-in 100 illiyi münasibətilə hazırlanmış yubiley pul nişanları çəkisi 1 , ¾ və ½  troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir, pul nişanlarının nominalı isə, müvafiq olaraq, 100 manat, 50 manat və 20 manat təşkil edir.

Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilmişdir.

Ötən gün həmçinin 200 manat dəyərində olan pul nişanının təqdimatı keçirilmişdir.

AMB-in sədri Elman Rüstəmov təqdimat zamanı bildirib ki, iqtisadi inkişafın dinamikasını və dövriyyədə nağd pulların strukturunda dəyişikliyi nəzərə alaraq, 200 manatlıq pul nişanını tədavülə buraxmaq qərarı qəbul edilmişdir.

200 manatlıq yeni pul nişanının dizaynı ABŞ şirkəti “Crane Currency” tərəfindən hazırlanıb, əskinazlar “Giesecke & Devrient” şirkəti tərəfindən çap olunub.

 

 


Bütün xəbərlər