Qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 % artıb

14:56 - 22.07.2022


22 iyul, Fineko/abc.az. 2012‒2021-ci illərdə qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ilə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.

Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

Bütün xəbərlər