Nazir Şahin Mustafayev Aİ-Azərbaycan Biznes Forumunda açılış nitqi ilə çıxış edəcək

24.05.2018,11:12


İqtisadiyyat naziri cənab Şahin Mustafayev 5 iyun 2018-ci il tarixində Bakıda keçiriləcək 500-dən artıq iştirakçının qatılacağı Aİ-Azərbaycan Biznes Forumunda çıxış edəcək. Həmçinin, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) nümayəndəsi cənab Lourens Meredit forumda salamlama nitqi ilə çıxış edəcək.

Aİ-Azərbaycan Biznes Forumu 5 iyun 2018-ci il tarixində Bakıda keçiriləcək. Bu il qabaqcıl biznes tədbirində 500-dən artıq yüksək səviyyəli nümayəndələrin - biznes və hökumət rəhbərlərinin iştirakı gözlənilir. Müzakirələrdə iştirak edəcək spikerlər Aİ və Azərbaycandan olan Baş İcraçı Direktorlar və nazirlərdən ibarətdir.

Tədbirdə açılış nitqi ilə çıxış edəcək Azərbaycanın İqtisadiyyat naziri cənab Şahin Mustafayev də daxil olmaqla, Azərbaycan hökumətinin çoxsaylı nazirləri (nazir müavinləri) iştirak edəcəklər. Foruma həmçinin Aİ üzv ölkələrinin səfirləri qatılacaq. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Şərq Qonşuluğu bölməsinin Direktoru cənab Lourens Meredit açılış mərasimində salamlama nitqi ilə çıxış edəcək və Azərbaycanda iqtisadi islahatlara dair plenar sessiyanın moderatoru olacaq.

Ötən il nazir Mustafayev Forumun Aİ-Azərbaycan əlaqələrinə verdiyi töhfə ilə bağlı əhəmiyyətini vurğuladı və təşkilatçılara biznes tədbirinin təşkilində göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. Biznes Forumun əhəmiyyəti barədə danışan cənab Meredit qeyd etdi: “Bu, Avropa İttifaqı üçün önəmli bir forumdur; Azərbaycan strateji baxımdan əhəmiyyətli tərəfdaşdır və bu baxımdan ikitərəfli əlaqələr mühüm əhəmiyyətə malikdir.”

İqtisadi islahatlara dair plenar sessiyadan əlavə, bu ilki proqrama həmçinin Azərbaycan iqtisadiyyatının dörd əsas sektoru olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələrinə dair panel müzakirələri daxildir. Tədbir zamanı ikitərəfli görüşlərin keçirilməsi onlayn proqram vasitəsilə asanlaşdırılacaq. Proqramın digər əsas elementi Aİ şirkətlərinin nöqteyi-nəzərinə əsaslanan Azərbaycanda cari iqtisadi vəziyyət və biznes mühiti ilə bağlı illik '2018-ci il üzrə Aİ Biznes Mühiti Hesabatı'nın təqdimatıdır.

 

Açar sözlər: Şahin Mustafayev