Fond banklara kreditləşmə üçün yeni limitlər ayırır

17:07 - 22.07.2022


22 iyul, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb.

ABC.AZ Fondun məlumatına istinadla xəbər verir ki, limitlər iyulun 25-də, saat 11:00-da aktivləşdiriləcək.

Qeyd edək ki, cari ildə İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230,7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların satı 39,7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.

Bütün xəbərlər