Azərbaycanda fermerlər daha 10 milyon manat həcmində güzəştli kredit ala biləcəklər

12:36 - 24.05.2018


24 may, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə və aqrar məhsulların istehsalçılarına maliyyəyə çıxışın asanlaşdırılması üçün tədbirlər görməyə davam edir.

Kənd Təsərrüfatı Proqramları və Kreditləri üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, ilin sonunadək fermerlərə 10 milyon manat həcmində güzəştli kreditlər ayrılacaq.

“Dövlət xidməti kreditləri  illik 2% ilə, səlahiyyətli banklar isə illik 7% ilə verəcək. Kreditlərin minimal həcmi 1 min manat, maksimal həcmi isə 200 min manat təşkil edəcək”, - deyə Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, rəsmiləşdirmə üçün zəruri olan sənədlərin sayı 15-20-dən  3-4-ə qədər endirilib.

“Hazırda dövlət xidməti beynəlxalq maliyyə resurslarının dəstəyi ilə, xüsusilə də daşınar və daşınmaz əmlakdan istifadə edərək, yeni sadələşdirilmiş kreditləşmə mexanizmlərinin hazırlanması üçün bu sahədə beynəlxalq təcrübəni öyrənir.

“Həmçinin, yeni mexanizm təkcə Bakıda deyil, həm də bölgələrdə girov əmlakdan istifadə etməyi imkan verəcək ki, bunun üçün də  ölkənin bütün regionlarını əhatə edən filial şəbəkəsi ilə səlahiyyətli banklar seçilmişdir”, - Mirzə Əliyev belə deyib.

 

Bütün xəbərlər