Azərbaycanın məsələləri həll olunarsa Ermənistana qapılar açılar - Ərdoğan

26.07.2022,10:55


26 iyul, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsindən danışıb.

ABC.AZ xəbər verir ki, Türkiyə lideri  Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində Türkiyə üçün ilkin olaraq qırmızı xəttin Azərbaycanın mövzusu olduğunu bildirib. Və Azərbaycanın məsələləri həll olunarsa, o zaman Türkiyənin qapıları münasibətlərin qurulması üçün açıqdır deyə bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyan da Türkiyə tərəfi ilə təmasların qurulmasının zəruriliyi ilə razılaşır.  Amma biz sözdən əmələ keçməliyik.  Türkiyə Ermənistanla mehriban qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır.  Türkiyədə 100 minə yaxın erməni yaşayır - ölkə vətəndaşları və Türkiyə vətəndaşı olmaq istəyənlər.  Bu, Türkiyə tərəfinin müsbət münasibətinin göstəricisidir.  Və münasibətlərin tənzimlənməsi ilə bağlı bütün məsələlər Azərbaycan tərəfi ilə təmasdadır", - deyə Ərdoğan qeyd edib.