Bank VTB (Azərbaycan) tender elan edir

11:39 - 26.07.2022


26 iyul, Fineko/abc.az.  Bank VTB (Azərbaycan) ASC Telegram kanalında Çat Botun yaradılması və tətbiqi üzrə  tender elan edir.

Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifi qeyri-şəffaf, möhürlənmiş ikiqat zərfdə üzərində qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) təsdiq edilmiş sənədlərin siyahısı ilə 14 iyul 2022-ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Əlaqələndirici şəxs: Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsinin katibi

Fəranə Heydarova

Telefon: 012 492-00-80 (daxili nömrə: 5517)

Faks: 012 437-71-21

[email protected]

Bütün xəbərlər