Bu qədər şəxs Prezident təqaüdü alır - Detallar

12:25 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Bu ilin iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezidentin aylıq təqaüdü ilə təmin etdiyi şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.

Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şəhidlərinin ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub.

Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Bütün xəbərlər