Milliyətcə türk mütəxəssis "Roll Royce"a baş direktor gətirildi

15:12 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Milliyətcə türk olan Tufan Erginbilgiçin ingilis mühəndislik nəhəngi "Rolls Royce"un baş direktoru vəzifəsini tutacaq.

ABC.AZ xəbər verir ki, Şirkətdən verilən açıqlamada T. Erginbilgiçin 1 yanvar 2023-cü il tarixindən etibarən yeni vəzifəsinə başlayacaq.

Qeyd edək ki, Erginbilgiç mühəndislik təcrübəsinə malikdir və 20 ildən artıq BP-də işləyib, 5 il isə idarə heyətinin bir hissəsi olub.

2020-ci ildə getməzdən əvvəl son vəzifəsində o, BP-nin emal və neft-kimya kimi əməliyyatları əhatə edən sub-biznes bölmələrini idarə edib. Onun fəaliyyəti dövründə rekord gəlirlilik və təhlükəsizlik göstəriciləri əldə edilib.

Bütün xəbərlər