Azərbaycanda dolların qiyməti əvvəlki səviyyədə qaldı

15:13 - 24.05.2018


24 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“Mayın 24-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha əvvəl, yəni mayın 22-də keçirilən valyuta hərracında ortaçəkili məzənnə bir dollara həmçinin 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər