Azərbaycana ən çox bu ölkələrdən turist gəlib?

16:25 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkə mehmanxanalarında gecələmələrin sayı artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, otellərdə gecələyənlərin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9 faizi Bakıda,  6,2 faizi Qəbələdə, 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 51,0 faizini təşkil edir.

Bütün xəbərlər