Son 6 ayda mehmanxanaların gəlirləri 63 faizdən çox artıb

16:44 - 26.07.2022


26 iyul, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-iyun aylarında 9,0 faiz).

Bu göstərici Şabranda 90,0 faiz, Naftalanda 27,0 faiz, Beyləqanda 26,7 faiz, Qubada 26,5 faiz, Ağcabədidə 19,6 faiz, Bakıda 18,6 faiz, Lənkəranda 17,6 faiz, Sabirabadda 17,2 faiz, Şuşada 17,1 faiz, Qusarda 16,4 faiz, Qəbələdə 16,4 faiz, Göyçayda 12,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 

Bütün xəbərlər