"Leyla Medical Center"də ölüm hadisəsi baş verib

27.07.2022,10:12


27 iyul, Fineko/abc.az. Bakıda özəl klinikada ərəb turist ölüb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.