İlham Əliyev Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:21 - 24.05.2018


24 may, Fineko/abc.az. Prezident İlham Əliyev Qaradağ rayonunda Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov  dövlət başçısına yolun texniki göstəriciləri haqqında məlumat verib.

47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün 2016-cı ilin iyul ayında dövlət başçısının sərəncamına əsasən 2 milyon manat vəsait ayrılıb. Yolun uzunluğu 7 km-dən çox, hərəkət zolağının eni isə 7 m təşkil edir.

 

Bütün xəbərlər