Nazirlik 2 idman obyektinə direktor axtarır - Şərtlər

12:29 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi iki idman obyektində direktor vəzifəsi üzrə işə qəbul elan edib.

ABC.AZ nazirliyin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, bunlar Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Bakı şəhərində yerləşən Respublika Şahmat Mərkəzidir. 55 yaşadək olan namizədlərdən idman sahəsində 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər sənədləri avqustun 4-dək müvafiq ünvana göndərməlidir.

Bütün xəbərlər