“DOST İş Mərkəzi”nin əməkdaşı vətəndaşları aldatdı - 19 min manat pullarını mənimsədi

16:31 - 27.07.2022


27 iyul, Fineko/abc.az. “DOST İş Mərkəzi”nin əməkdaşı vətəndaşlara yalan vədlər verərək onları aldadıb və pullarını mənimsəyib.

Bu barədə Baş prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elman Nuriyevə açılmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bütün xəbərlər