AZAL helikopterlər satışa çıxarır

16:49 - 27.07.2022


27 iyul, Fineko/abc.az. "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir.

Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.

Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Bütün xəbərlər