Son 6 ayda ən az sığorta haqqı toplamış şirkətlər – Siyahın

11:08 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sığorta sektorunun göstəriciləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, 6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri “Meqa Həyat Sığorta” (881 min manat), "Naxçıvan Sığorta" (1 milyon 228 min manat), “Ata Sığorta” (2 milyon 351 min manat), “Bakı Sığorta” (3 milyon 119 min manat) və “Günay Sığorta” (3 milyon 411 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 10 milyon 990 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 83 milyon 493 min manat (17%) təşkil edib.

Bütün xəbərlər