Sığorta ödənişlərinin 81%-i 5 şirkətin payına düşür

11:22 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 174 milyon 923 min manat sığorta ödənişinin 141 milyon 691 milyon manatı və yaxud 81%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (71 milyon 419 min manat), “PAŞA Sığorta” (36 milyon 1 min manat), “Xalq Sığorta” (12 milyon 179 min manat), “Atəşgah Həyat Sığorta” (11 milyon 682 min manat) və “Azərsığorta” (10 milyon 410 min manat) ASC-lərdir. 6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (112 min manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (186 min manat) və “Naxçıvan Sığorta” (222 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 659 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 32 milyon 573 min manat (18,6%) təşkil edib.

Bütün xəbərlər