Bakıda əsas mərkəzi yollar təmir məqsədilə bağlanır

16:02 - 24.05.2018


24 may, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi yol nişanlarının çəkilişi üzrə işləri davam etdirir.

Agentliyin məlumatında deyilir ki, yol nişanları Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermontov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində  çəkiləcək.

“Bununla bağlı, bu gün saat 22:00-dan səhər saatlarına qədər həmin yollarda hərəkət  qismən məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər