“Cümə məscidi”nin bərpası işləri üçün tender keçirilir

15:59 - 28.07.2022


28 iyul, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Nərimanov rayonunda yerləşən “Cümə məscidi”nin bərpa-gücləndirmə işlərinin davam etdirilməsi” üzrə açıq tender keçirilir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 08.09.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əhməd Məmmədov, telefon:  (+99412) 4965205

Bütün xəbərlər