DOST İnfrastruktur Mərkəzinə direktor təyin olunub

28.07.2022,16:28


28 iyul, Fineko/abc.az. Yeni yaradılan DOST İnfrastruktur Mərkəzinə direktor təyin olunub.

ABC.AZ yerli mətbuata istinadla xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan "DOST İnfrastruktur Mərkəzi" MMC DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavif əmri ilə Tural Qəniyev DOST İnfrastruktur Mərkəzinin direktoru təyin olunub.