Start qiyməti 750 manatdan başlayan əmlaklar satışa çıxarılır

16:54 - 28.07.2022


28 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 16 və 23 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, avqustun 16-da keçiriləcək hərraca 26 nəqliyyat vasitəsi, 23 avqustda təşkil olunacaq hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.

Belə ki, onların arasında kənd təsərrüfatı, ticarət, xidmət, tikinti materiallarının istehsalı və digər təyinatlı obyektlər vardır.

Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir.

Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır. Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır.

Bütün xəbərlər