Avropada əməkhaqqının ən yüksək olduğu ölkələr - Siyahı

28.07.2022,17:22


28 iyul, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Statistika İdarəsi (Avrostat) ölkələrdəki minimum aylıq əməkhaqqını açıqlayıb.

ABC.AZ Banker.az-a istinadın xəbər verir ki, siyahıya əsasən, bu ilin ikinci yarısında ən yüksək minimum aylıq net əməkhaqqı Lüksemburqdadır – 2 313 avro.

İkinci yerdə olan Belçikada minimum əməkhaqqı 1 842 avro təşkil edir. 1 775 avro ilə İrlandiya üçüncü yerdədir.

Bu üç ölkədən sonra Niderland (1 756 avro), Almaniya (1 744) və Fransa (1 646 avro) gəlir. Aİ ölkələri arasında ən aşağı minimum aylıq əməkhaqqı Bolqarıstandadır – 363 avro. Avrostat-ın siyahısında Aİ üzvü olmayan bəzi ölkələr də var.

Onların bəziləri Türkiyə kimi namizəd ölkələrdir. Bütün siyahıya nəzər salsaq, Albaniya 269 avro ilə sonuncu yerdədir. Türkiyə 374 avro ilə Bolqarıstandan bir qədər yuxarıdır. Aİ üzvü olmayan Serbiya (402 avro) və Monteneqro (533 avro) Türkiyədən üst pillədədir.

Digər ölkələrdə minimum aylıq əməkhaqqı avro ilə belədir: Yunanıstan – 832, Portuqaliya – 823, Polşa – 642, Xorvatiya – 622, Rumıniya – 516 və Macarıstan – 504. Aİ-nin 6 ölkəsində minimum əmək haqqı yoxdur.

Bu ölkələr Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya və İsveçdir.