Təhsil Nazirliyinin adı dəyişdirildi - Fərman

29.07.2022,10:20


29 iyul, Fineko/abc.az. Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanda deyilir: Təhsil Nazirliyi bundan sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılsın.

Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.