500-ə yaxın fermerə əlavə pul ödəniləcək

10:33 - 29.07.2022


29 iyul, Fineko/abc.az. "Avqust ayının ilk günlərində ölkə ərazisində biçin tamamlanacaq. Bu, əsasən buğda və arpaya aiddir. Avqustun ikinci yarısında zərər ödənişlərinin həyata keçirilməsinə başlayacağıq".

ABC.AZ xəbər verir ki, bu barədə İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov danışıb.

O bildirib ki, artıq 500-ə yaxın fermerə 1,5 milyon manat ödəniş təsdiqini tapıb və proses davam edir.

Bütün xəbərlər