Avrozonada inflyasiya rekord həddə çatıb

14:37 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Avrozonada inflyasiya iyulda yeni rekorda imza atıb.

ABC.AZ-ın məlumatına görə, bu vəziyyət Avropa Mərkəzi Bankından kəskin faiz artımı gözləntilərini gündəmə gətirib.

Avropa Statistika Agentliyinin  məlumatlarına görə, 19 üzvlü Avrozonada istehlak qiymətləri indeksi iyulda 8,9 faiz artıb.

Müqayisə üçün qeyd edək ki, ötən ay indeks yüzdə 8,6 artmışdı.

Artan qiymət təzyiqləri səbəbindən Avropa Mərkəzi Bankı bu ay faiz dərəcələrini 50 bənd artırıb.

Rekord səviyyəli inflyasiya Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri də gücləndirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər