Renault şirkətinin xalis itkisi 2.3 milyard avro qiymətləndirilib

29.07.2022,15:47


29 iyul, Fineko/abc.az. Rusiyada fəaliyyətinin dayandıran "Renault" şirkəti xalis itkisini 2.3 milyard avro qiymətləndirib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Rusiya mətbuatında bildirilib.

Belə ki, Fransanın avtomobil istehsalçısı “Renault”un iyulun 29-da dərc olunmuş 2022-ci ilin birinci yarısı üçün hesabatına əsasən, iyulun 12-də “Renault” Rusiyanı tərk etdikdən sonra qlobal satışlar 2021-ci illə müqayisədə 29.7% azalıb və təxminən 1 milyon avtomobil təşkil edib.

Qeyd edək ki, iyunun 6-dan Moskvada yerləşən keçmiş “Renault” zavodu “Moskviç” Moskva Avtomobil Zavodu adlandırılıb. İyunun 3-də hüquqi şəxslərin vahid dövlət reyestrində dəyişiklik edilib.