Konstitusiya Məhkəməsinin sədri bundan sonra 3550 manat maaş alacaq

17:17 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, dəyişikliklə Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Bütün xəbərlər