Bakıda yeni yerüstü piyada keçidi inşa edilir

10:23 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yeni piyada keçidi tikilir.

Bu barədə ABC.AZ  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

 

Bütün xəbərlər