Timati Rusiyadakı Starbucks şəbəkəsinin sahibi oldu

11:12 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Rusiyalı reper və iş adamı Timur Yunusov (Timati) və restorançı Anton Pinski Rusiyadakı Amerika Starbucks qəhvə şəbəkəsinin bütün aktivlərini satın alıblar. 

ABC.AZ xəbər verir ki, bu barədə ifaçı  İnstaqram hesabında  məlumat verib.

O, sövdələşmənin məbləği və digər detallarını açıqlamayıb.

Bununla belə, yeni sahibi Starbucks məhsul və texnologiyalarından istifadə edə bilməz.  Həmçinin, yeni sahibi rebrendinq etməlidir.

Bütün xəbərlər