"Azexport" portalı 6 ayda 248,4 mln. dollarlıq sifariş qəbul edib

12:17 - 1.08.2022


1 avqust, Fineko/abc.az. "Azexport" portalı 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayının sonuna qədər (68 ay ərzində) 145 ölkədən 3 milyard 80 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.

ABC.AZ. xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayına bildirilir.

Məlumata görə, bunun 248,4 milyon dollar 2022-ci ilin yanvar-iyun aylarının, 33,4 milyon dollar isə iyun ayının payına düşüb.

İyunda ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib.

Bütün xəbərlər