Yarımildə Azərkosmos 13,1 mln. dollar gəlir əldə edib

14:08 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərkosmos tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidməti ixrac olunub.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizidir.

İyunda isə Azərkosmos dünyanın 32 ölkəsinə 2,3 milyon  dollar dəyərində xidmət ixrac edib.

Altı ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon dollar  ilə Birləşmiş Krallıq, 2,8 milyon dollar ilə Fransa, 2,2 milyon dollar ilə Lüksemburq, 1,2 milyon dollar ilə BƏƏ və 0,7 milyon dollar ilə Pakistan qərarlaşıb.

Bütün xəbərlər