Ucarda yol tikintisinə 10,1 milyon manat ayrıldı -Sərəncam

01.08.2022,14:16


1 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ  xəbər verir ki, Sərəncama əsasən 29 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılmasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon manat ayrılıb.