İyulda “Bir Pəncərə” vasitəsi ilə ixracın dəyəri açıqlanıb

01.08.2022,14:51


1 avqust, Fineko/abc.az. Cari ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon dollar olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin  açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.

2017-ci ildən 2022-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 843,7 milyon ABŞ dolları təşkil edib.