Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib

01.08.2022,15:24


1 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Bu barədə ABC.AZ Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatına istinadən xəbər verir.

Bildirilib ki,  bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov həbs edilib.

Hazırda iş üzrə istintaq davam edir.