6 ayda qeyri-neft sektoru ixracından 1,5 mlrd dollar gəlir əldə edilib

01.08.2022,15:29


1 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard dollar, qeyri-neft sektoru üzrə 1,5 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 milyon dollar və ya 25,4 faiz artıb.

ABC.AZ  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, altı ayda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon dollar təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq iplik ixracı 5,2 faiz, pambıq lifi ixracı isə 12,8 faiz artıb.