Fransa Rusiyanın 1,2 mlrd. avroluq aktivlərinin dondurulduğunu elan edib

01.08.2022,17:28


1 avqust, Fineko/abc.az. Fransa, Rusiya Federasiyası Mərkəzi Bankının əvvəllər dondurulmuş vəsaitlərinə əlavə olaraq, 1,2 milyard avro məbləğində Rusiya aktivlərinin dondurulduğunu elan etdi.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, bunu  Fransa Maliyyə və İqtisadiyyat Nazirliyinin nəzdində kəşfiyyat və yeraltı maliyyə sxemlərinə qarşı mübarizə şöbəsinin rəhbəri Giyom Valet-Valla  bildirib.

Onun sözlərinə görə,  söhbət həm maliyyə alətlərindən, həm də digər aktivlərdən, xüsusən də daşınmaz əmlakdan gedir.

Xatırladaq ki,  martın sonunda Fransa Rusiya Bankının 22 milyard avro məbləğində aktivlərini dondurub.