Neft bir gün əvvəl kəskin düşmədən sonra ucuzlaşmağa davam edir, Brent barel başına $99,28 təşkil edir

09:30 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki hərracların nəticələrinə görə kəskin azaldıqdan sonra çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarına düşməyə davam edir.

London ICE Futures birjasında saat 09:18-də Brent neftinin oktyabr fyuçerslərinin ticarətində $0,75 (0,75%) - barrel başına $99,28-ə qədər ucuzlaşıb. 1 avqistda keçirilən ticarətin nəticəsində Brent-in oktyabr fyuçerslərinin qiyməti $3,94 (3,79%) - barrel başına $100,03-ə düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:19-də WTI neftinin sentyabr fyuçersləri $0,53 (0,56%) - barrel başına $93,36-a düşdü. 1 avqust ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin dəyəri $4,73 (4,80%) - barrel başına $93,89-a düşdü.


Bütün xəbərlər