SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu

11:49 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. İnteqrasiya prosesinə əsasən “AzKredit” SİMA-nın ilk BOKT tərəfdaşı oldu.

ABC.AZ quruma istinadən xəbər verir ki, bundan sonra BOKT “AzKredit” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq nağd pul krediti əldə edə biləcəklər.

Belə ki, nağd pul krediti üçün BOKT “AzKredit”ə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və operativ həyata keçirə biləcəklər.

Kredit məbləği müştəriyə iki formada təqdim olunur. 15.000 AZN-ə qədər məbləğdə olan kreditlər müştəriyə BOKT tərəfindən təqdim olunan kartlara və ya müştərinin istəyindən asılı olaraq təqdim etdiyi bank hesabına köçürülür. 15.000 AZN-dən çox olan kredit məbləği isə müştərinin təqdim etdiyi bank hesabına köçürülür. Hər iki halda SİMA kredit əldə edən BOKT müştərisini vaxt itkisindən xilas edir. İmzanın vətəndaşlar üçün pulsuz olması isə əlavə xərclərə qənaət etməyə imkan verir.

Bütün xəbərlər