Rusiya aviaşirkəti Azərbaycana uçuşları ləğv edib

12:26 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Rusiyanın “Uralskiye avialinii” şirkəti Azərbaycana uçuşları ləğv edib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Uralskiye avialinii” oktyabrın 29-dək MDB ölkələrinə, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistana da uçuşları dayandırır.

Aviaşirkət daxili reyslərdəki məhdudiyyətlərin də müddətini uzadıb. Belə ki, oktyabrın 29-dək Rusiyanın cənub regionlarına – Krasnodar, Anapa, Gəlincik, Rostov və Voronejə uçuşlar həyata keçirilməyəcək.

Bütün xəbərlər