Hyundai Motor, Koreyanın avtonom sürücülük startapı 42dot-u alır

14:32 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Cənubi Koreyanın avtomobil nəhəngi Hyundai Motor Company, 20,36% payına sahib olduğu avtonom sürücülük mobillik platforması 42dot-u satın alır.

2019-cu ildə qurulan 42dot avtonom nəqliyyat vasitələri, dronlar və robot prosesləri üçün proqram təminatı hazırlayır.

ABC.AZ xarici mediyaya istinadən xəbər verir ki, satınalma Cənubi Koreyalı avtomobil istehsalçısının 2030-cu ilə qədər avtonom sürücülük proqram təminatı texnologiyası və elektrikli nəqliyyat vasitələri ilə əlaqəli bizneslərə 79 milyard dollarlıq investisiya planının bir hissəsi kimi göstərilir.

 2030-cu ilə qədər qlobal elektrik avtomobil bazarının 7 faizinə hakim olmağı planlaşdıran Hyundai Motor, avtonom sürücülük proqram təminatına investisiyalar üçün 9,2 milyard dollar ayırıb.

Bütün xəbərlər