Londonun hava limanı Hitroudan uçuşlar müvəqqəti dayandırıldı

15:46 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Britaniyanın hava yolları şirkəti British Airlines Londonun hava limanı olan Hitroudan qısamüddətli uçuşlar üçün bilet satışını bir həftə müddətinə dayandırdığını açıqlayıb.

ABC.AZ xarici mediyaya istinadən xəbər verir ki, British Airlines hava limanında tıxacları azaltmaq və tələb və təklif balansını bərpa etmək üçün avqustun 8-dək Hitroudan qısamüddətli (Böyük Britaniyanın digər şəhərlərinə və ya Avropa şəhərlərinə uçuşlar) biletlərin satışını dayandırıb.

Londonun ən böyük hava limanı olan Hitrou sözügedən xaosu aradan qaldırmaq üçün sentyabrın 11-dən etibarən gündəlik uçuş sayını 100 minlə məhdudlaşdırmağa qərar verib.

Bütün xəbərlər