Odessa limanından yola düşən taxıl yüklü gəmi Türkiyəyə catdı

10:01 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Türkiyə Milli Müdafiə Nazirliyi dünən Ukraynadan yola düşən qarğıdalı yüklü Razoni gəmisinin Boğazın Qara dəniz girişinə çatdığını açıqlayıb.

ABC.AZ türk mediyasına istinadla xəbər verir ki, dünən Ukraynanın Odessa limanından yola düşən qarğıdalı yüklü "Razoni" quru yük gəmisi Boğazın Qara dəniz girişinə çatıb və ona ayrılan yerdə lövbər salıb.

İlk gəminin çatdırılmasının ardından digər gəmilərin təyin olunan dəhlizlər və prosedurlar çərçivəsində yola çıxması planlaşdırılır.

Bütün xəbərlər