13 rusiyalı və 30-dan çox şirkət, qurum və müəssisə ABŞ-ın yeni sanksiyalarına məruz qalıb

11:13 - 3.08.2022


3 avqust, Fineko/abc.az. ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. 

ABC.AZ rus mətbuatına istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına daha 13 Rusiya vətəndaşını, o cümlədən 30-dan çox şirkət, qurum və müəssisəni əlavə edib.

Siyahıda keçmiş idmançı Alina Kabaeva, biznesmenlər Melniçenko (EuroChem), Quryev (PhosAgro), Ponomarenko (Şeremetyevo), Pumpyanski (Tube Metallurgical Company), Rashnikov (Maqnitogorsk metallurgiya şirkəti) var.

Həmçinin Skolkovo Fondu, Skolkovo Elm və Texnologiya İnstitutu, Skolkovo Texnoparkı, Moskva Fizika və Texnologiya İnstitutu (MIPT) və Maqnitoqorsk Metallurgiya Zavodu da sanksiyalara məruz qalıb.

Bütün xəbərlər