MN: Laçın istiqamətində atəşkəs pozulub, Azərbaycan əsgəri şəhid olub

11:57 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

ABC.AZ Müdafiə Nazirliyinin  məlumatına istinadən xəbər verir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər