Prezident və birinci xanım “Grand-Agro İnvitro” MMC-nin müəssisəsi ilə tanış olublar

14:29 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

ABC.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Qeyd edilib ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.

“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.


Bütün xəbərlər