İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında iştirak ediblər

03.08.2022,14:35


3 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında iştirak ediblər.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlət başçısına və birinci xanıma zavod barədə məlumat verdilər.

Qeyd edildi ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.