Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 7.4 mlrd manat olub

15:00 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Cari ilin altı ayında ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə ölkədaxili elektron ticarət əməliyyatlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 105 milyon ədəd, həcmi isə 2,8 dəfə artaraq 7.4 milyard manat olub.

Bütün xəbərlər