OPEC+ sentyabrda gündəlik neft hasilatını 100 min barel artıracaq

17:13 - 3.08.2022


3 avqust, Fineko/abc.az. OPEC+ sentyabr ayında gündəlik neft hasilatını 100 min barel artırmaq qərarına gəliblər.

ABC.AZ xəbər verir ki, nazirlərin bu gün keçirilən virtual görüşündə sentyabr ayında neft hasilatı hədəfinin gündəlik 100 min barel artırılması ilə bağlı razılıq əldə olunub.

Bu rəqəm son aylar istehsal artımı rəqəmlərindən xeyli aşağıdır. İyul və avqust aylarında qrup neft hasilatını sutkada 600 min bareldən çox artırıb.

23 ölkədən ibarət olan alyansın bu qərarı Ər-Riyad və Vaşinqton administrasiyalarının barışıq yolunda olduğuna işarə edib.

Razılaşmadan sonra neft qiymətləri gün ərzində yüksək səviyyələrini davam etdirdi. ABŞ tipli xam neftin bir barelinin qiyməti 2 faiz artaraq 99,50 dollar, Brent markalı neftin bir barelinin qiyməti isə 1 faiz artaraq 101,50 dollar olub.

Bütün xəbərlər